Günəş eynəkləri təqdim edən "Giorgio Armani" "Rai Cinema" şirkəti ilə birlikdə kino layihəsi təqdim edib. Bu layihədə altı beynəlxalq kino məktəbində dərs alan tələbələr iştirak edib. Layihə “Films of City Frames” adlanır.
Reklam çarxının çəkilişində tələbələrə məşhur İtaliya rejissoru "Paolo Sorrentino" nəzarət edib. Piero Messina tərəfindən yaradılmış bu film İtalyan eksperimental kino mərkəzində təqdim olunub. Reklam çarxı Selinanın “Gecənin sonuna səyahət” adlı romanından və Sorrentinonun “Böyük gözəllik” adlı sonuncu filmindən ilhamlanıb.
