Sony şirkəti “Google”un ağıllı eynəyinə qarşı bazara təqdim edəcəyi ağıllı gözlüyünü mediaya təqdim etdi. Hələ prototip mərhələsində olan eynək, “Google Glass”ın əksinə olaraq, qulağın yanına ilişən kiçik bir ekrandan deyil, tam bir eynəkdən ibarətdir. 


 


İstifadəçi normal bir eynək kimi ağıllı eynəyi taxdığı zaman, qəribə bir görünüş meydana gətirmədən hətta bir digital eynək taxdığını bildirmədən gəzə bilər. Eynəkdə həmçinin kamera və mikrofon da var.


 


Bu halda isə eynək vasitəsilə fotoşəkil və video çəkmək mümkün olacaq. Eynək Android telefonlara uyğun işləyir və bir çox məlumatı da telefondan alır. Gələn axtarışlara cavab vermək kimi xüsusiyyətlər də eynəyin qabiliyyətləri arasındadır. Sony, yaxın zamanda eynəyin “SDK”sını (Software Development Kit ) yayımlayacağını da bildirdi.