Yahoo-nun Labs tədqiqat bölməsinin rəhbəri, eləcə də bu yaxınlarda şirkətin strateji direktoru vəzifəsinə təyin olunmuş Prabakar Raqavan Google-da işləmək üçün tutduğu vəzifələri tərk edir.
Yahoo nümayəndələri tərəfindən P. Raqavanın istefası ilə bağlı məlumat təsdiqlənib.
“Yahoo P.Raqavana şirkətə son yeddi il ərzində göstərdiyi sədaqətə və onun inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirir. Biz ona yeni vəzifəsində uğurlar arzulayırıq”, - deyə şirkətin məlumatında qeyd olunur.
P.Raqavan şirkəti tərk etdikdən sonra Yahoo Labs bölməsinə texniki direktor Eş Munşi başçılıq edəcək, Cnews yazır.