Britaniya şirkəti “Alchemist” qiymətli metallar və daşlardan hazırlanmış ultra-elit "iPhone" satışına başlayıb. Cihaz 1 milyon dollar həcmində qiymətləndirilir. Bu isə onu dünyanın ən bahalı cihazlarından biri edir.
Ciahızın kənar çərçivələri 24 karat qızıldan hazırlanıb və 1600-dən çox F sinifli brilliantlarla bəzədilib. Smartfonun arxa hissəsi qızıldan hazırlanıb və tamamilə brilliantla örtülüb. iPhone 5 -in naviqasiya düyməsi də nəzərdən qaçmayıb.
Onun mərkəzində böyük iki karatlı brilliant yerləşdirilib və düymə özü qızıldandır. Devays zəruri aksesuarları ilə birlikdə xüsusi qutuda gəlir. “Alchemist” gördüyü bu işi sənət əsəri adlandırır. Qısaca desək, əgər sizin 1 miliyon dollarınız varsa, Sizin hələ lüks cihazı almaq üçün vaxtınız var. Onların ikisi Londonda satılacaq və daha biri Səudiyyə Ərəbistanın bir lüks sərgisinə aparılacaq.






