Canon istehsal tarixinin dönüş nöqtəsində bir hadisəni elan etdi. Film və rəqəmsal EOS fotoaparatının bütünlüklə istehsalının 70 milyonu aşdığını açıqladı. EOS ilk dəfə 1987-ci ildə istehsal olunmuşdur.
İstehsaldakı bu ən son dönüş nöqtəsi, EOS tarixində indiyə qədər görülən ən sürətli istehsal prosesinə işarə edir. EOS fotoaparatları, 2012-ci ilin Oktyabr ayında 60 milyon istehsal edildikdən sonra yalnız 1 il dörd aydan sonra 70 milyonu aşmağı bacardı.
Bu dönüş nöqtəsinə təkan verən Canon fotoaparatı arasında Canonun yeni “Dual Piksel CMOS AF” texnologiyası təchizatına sahib olan EOS 70D ilə, yığcam və yüngül bir gövdəni yüksək bir performansla birləşdirən kiçik və güclü EOS 100 də iştirak edir.
