İKEA yeni kolleksiyasını tanıtmaq üçün reklam çarxı təqdim etdi. Dizaynerlər bu dəfə daim hərəkətdə olan insanlar üçün xüsusi mebel təqdim etdi. Reklam çarxında bütün dünyadan olan insanlar əllərində "İKEA"dan olan əşyaları evlərinə aparır.
İKEA bu reklam çarxında yeni kolleksiyanın şirkətin tarixində ən cəsur layihə olduğunu diqqətə çatdırmaq istəyir. Aktiv və daim hərəkətdə olan insanlar üçün nəzərdə tutulan bu layihə funksionallığı, keyfiyyəti və sərfəli qiyməti özündə birləşdirir. Layihənin yaradılmasında bütün dünyadan olan 15 dizayner birlikdə fəaliyyət göstərib. Yeni kolleksiya 15 İyun 2014-cü ildə Rusiyada təqdim olunacaq.