Sony şirkəti Fevral ayında oyun konsollar satışında “Xbox”ı ABŞ-da geridə qoyan “PS4”ün satışlarını bir az daha artıracaq yeni bir təchizat təqdim etdi.


 


Şirkət, ABŞ-ın San Francisco şəhərində təşkil edilən “Oyun Yaradıcıları Konfransı”nda “oyun oynayarkən ilişdiyi zaman istifadəçiyə orada olduğu hissini verən virtual eynəyi” təqdim edəcək.


 


“Morpheus” adı verilən bu eynək, “PlayStation”un rəsmi Twitter səhifəsindən də təqdim olundu. Eynəyin qiyməti 59.99 dollar dəyərində olacaqdır. “Sony”nin rəsmi blogunda verilən məlumatlarda eynəyin 1080 piksel olduğu ifadə edildi.