Pepsi Max və AMV BBDO agentliyi Londonda bir dayanacqda çox maraqlı bir reklam həyata keçiriblər. Hər şeydən xəbərsiz olan sakinlər dayanacaqda dayanıb avtobus gözlədikləri zaman dayanacağın şəffaf şüşəsindən onlara doğru yaxınlaşan bir pələng görürlər.
Və ya torpaqda böyük bir meteorit parçası görünür. Sanki həqiqətmiş kimi görünən reklam çarxları şəffaf şüşə paneldə dijital təbəqə sayəsində təqdim olunur. Layihə “Unbelievable” kampaniyası çərçivəsində hazırlanıb.