Texnologiya nəhəngi Apple-ın uzun zamandan bəri Türkiyədə açılması gözlənilən mağazası  Aprel ayının 5-də açılacaq. Açılış tarixi üçün xüsusi dizaynlı bir barrikada üzərində çalışan Apple şirkəti İstanbul Boğaziçi körpüsündən ilhamlandı.


 


Körpü üzərindən rəngli və işıqlı görünüşü istifadə edən şirkət , "İstanbula doğru yola çıxdıq. 5 Apreldə oradayıq” şəklində bir yazı paylaşdı. Apple mağazası dünyada yalnız bir neçə dənə olan şüşə kub  tavan dizayna sahibdir.


 


Keçən ay Türkiyə Respublikasının Prezidenti Abdullah Gülü ziyarətə gələn Apple CEO-su Tim Cook, "Türkiyə mağazasının dünyada bənzərsiz olacağını" ifadə etmişdi. Digər tərəfdən mağazada digər bütün "Apple" mağazalarında olan servis və xidmətlər iştirak edəcək. “Apple” şirkətinin Türkiyə mağazasında pulsuz “Genuis bar”, Apple işçiləri ilə birə-bir ünsiyyət imkanı, fərdi quraşdırma və Mac haqqında qısa dərslər kimi təhsil imkanları olacaq.