LG tərəfindən smart lampa açıqlanmasının ardından qısa bir müddət sonra, digər Koreya şirkəti Samsung, özünə məxsus ağıllı lampalar təqdim edir. Belə cihazlar üçün ənənəvi “Wi-Fi”dan başqa, “Samsung”un  smart lampaları, smartfona qoşulmaq üçün “Bluetooth”dan istifadə edir. 


 


Bu da, heç bir əlavə qurğu olmadan 64 ədədə qədər lampanı idarə etmək üçün imkan yaradır, sadəcə proqramı yükləmək lazımdır. Siz lampanın işıq temperaturun tənzimləyə bilərsiniz. Lampalar 15000 saat və ya 10 il ərzində gündə 4 saat işləyə bilər.