Məişət texnikası istehsalçısı olan Philips DDB Rusiya agentliyi ilə birlikdə təcrübə üçün reklam çarxı hazırladı. “Philips Performer Pro” tozsoran cihazının reklam çarxı üçün Floresan tozundan istifadə olunub.



Onlar reklam çarxının çəkilişi üçün düymələrə toxunulduğu zaman Floresan tozunun borular vasitəsi ilə hərəkət etdiyi qeyri - adi musiqi cihazı hazırladı. Cihazın maraqlı özəlliyi ondadır ki, işıq saçan cihaz yalnız tozsoran işə salındığı zaman işləyə bilər. Ümumilikdə çəkiliş üçün 3.1 kq Floresan tozu istifadə olunmuşdur. Bu fakt “Philips Performer Pro” tozsoranının necə güclü olduğunu sübut etdi.