Powerade, Coca-Cola şirkəti və Wieden & Kennedy agentliyi fiziki cəhətdən qüsurlu olan Nico Calabria üçün reklam çarxı hazırladı. Bu reklam çarxı 2014-cü ildə keçiriləcək dünya çempionatı çərçivəsində hazırlandı.
Reklam çarxında Niconun doğulduğu andan bu günə kimi olan həyatından qısa fraqmentlər təsvir olunub. 19 yaşlı Nico tək ayaqlı doğulub və gəzməyə başladığı andan futbolu sevib.
Nico “bəzən çox çətin olurdu, lakin mənim ailəmin “heç bir bəhanəsi olmayan sevgi” qayğısı var” deyib. “Theres Power in Every Game” (hər bir oyunda güc var) Powerade layihəsinə Nicodan başqa futbolu sevən daha dörd nəfər cəlb olunub. Onlardan biri dünya çempionu olan Andres Iniestadır.