Snoopy, Garfield, Hello Kitty və başqa məşhur cizgi film qəhrəmanları Braziliyada xərçəng xəstəliyi ilə mübarizə aparan April Cancer Awareness Month in Brazil təşkilatına dəstək olmaq üçün saçlarını qırxdırdılar.
Ogilvy Brazil agentliyi bu layihəni xüsusi olaraq xərçəng xəstəliyinin müalicə olunduğu GRAACC uşaq xəstəxanası üçün hazırlamışdır. “Bald Cartoons” layihəsinin məqsədi yalnız xəstəxanada olan uşaqları əyləndirmək deyil həm də müxtəlif təşkilat və tibb müəssisələrinin diqqətini cəlb etməkdir.
baldcartoons.com veb saytında bu məlumatı sosial şəbəkələrdə bölüşmək üçün keçid var. Keçən payız fəslində də şirkət buna bənzər bir layihə hazırlamışdı. Layihə güclü əks-səda doğurmuşdu. Ölkənin prezidenti Dilma Rousseff başda olmaqla 120 milyon insan məlumatın internet şəbəkələrdə yayılmasına köməklik etdi. 3 dəqiqəlik reklam çarxında bildirilir ki, “Xərçəng xəstəliyinə yoluxmuş uşaqlar ilə başqa sağlam uşaqlar kimi rəftar etmək lazımdır”.

