Bianca Balti "Dolce & Gabbana" ikilisinin ən sevimli modellərindən biri olaraq qalır. Bu dəfə İtaliyalı model Dolce & Gabbananın 2014 yaz-yay kolleksiyasından olan eynəkləri reklam edir. Fotoşəkillərin müəllifi Domenico Dolcenin özüdür.



Domenico Dolce Monica Belluccinin reklam etdiyi markanın dodaq boyasının reklam çəkilişlərini də özü etmişdi. Mövsümün kişilər üçün olan eynəklərini isə modellər Noah Mills, Adam Senn və Evandro Soldati reklam edir.