Depot WPF agentliyi və Unilever agentliyi Lipton çaylarının qablaşdırmasının yeni parlaq dizaynını hazırladı. Qablaşdırmadakı bütün elementlər animasiya üslubunda hazırlanmışdır.



Depot WPF-in yaradıcı direktoru Alexey Fadeev “Gənc və fəal auditoriyanın diqqətini qazanmaq üçün nə etmək lazımdır? Biz cəsarətli bir addım atdıq. Hətta Liptonun adi və ciddi dizaynından fərqli olaraq orijinal illüstrasiyada bir az dəlisov stil yaratdıq. Eyni zamanda markanın yeni qablaşdırmasında parlaqlığı, günəşi və müsbət enerjini əks etdirməklə çox məsuliyyətli bir iş gördük.” – deyə bildirib.