Chanel modalar evinin Metiers dArt Paris-Dallas kolleksiyasının reklam kampaniyasının siması Kristen Stewart oldu. Stewartın sözlərinə görə daha öncə o hec məşhur brend "Chanel" ilə əməkdaşlığını düşünməyib. Lakin, Fransız brendi həmişə onu heyran edib.



Aktrisa qeyd edib ki, “İlk dəfə mən Chanel modalar evinin möhtəşəm libasını 2007-ci ildə geyinmişəm. Mən hər zaman düşünmüşəm ki, bu brendin geyimlərini üzərimdə daşımaq böyük şərəfdir. Bu zamana qədər mən özümü Chanelin siması olaraq təsəvvür edə bilmirdim. Lakin, bu rol mənim çox xoşuma gəldi. Bundan əlavə mənim reklam etdiyim kolleksiya mənə çox yaraşdı. Chanel ailəsinə qoşulmaq mənim üçün böyük şərəfdir”.