Pepsi özünün üçrəngli logosunu yeni şəkildə tanıtmaq üçün “Del Toro”dan başlayaraq “Original Penguin by Munsingwear”, “Bang & Olufsen”, “Shut”, “Gents” və “Goodlife”a qədər olan brendlərlə birləşdi.
Brendin dizaynerləri öz işlərində qırmızı, mavi və ağ rənglərdən istifadə edib. Hazırlanmış məhsullar isə Pepsi “Live for Now” şüarı altında birləşdi. Kolleksiya T-shirtdən tutmuş qulaqlıqa qədər 60 müxtəlif məhsuldan ibarətdir.
Məhsullar May ayının 21-dən etibarən online şəkildə Amerikanın 15-dən çox Bloomingdales mağazalar şəbəkəsində satışa təqdim olunacaq.
