Üç gənc Rusiya rejissoru Ivan Shahnazarov, Olga Kaptur və Elena Bychkova, Nissan şirkətinin "Datsun" brendinə həsr olunmuş reklam çarxı təqdim etdilər. Brendin adının ilk üç hərfi Dream (Arzu), Access (Əlçatan), Trust (Güvən) filmlərinin baş hərfləri ilə adlandırılıb.



Reklam çarxının aktyor heyəti isə Pavel Artemyev, Nella Strekalovskaya və Paul Rykovdur. Datsun Rusiyada olan Nissan şirkətinin üçüncü brendidir. Daha öncə Datsun, 1931-ci ildən 1986-cı ilə qədər avtomobil istehsal edən Yaponiya şirkəti idi. 2013-cü ildə isə Datsun avtomobilləri yenidən bərpa olundu.