4 may 2014-cü il tarixində, Yello Advertising iş axtaran gənclərə dəstək məqsədilə “Yaz, Səni Görək!” adlı təlim təşkil etdi.
Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində baş tutan bu təlim daha öncə Yello Advertising şirkətinə CV yollamış və ən əsası Marketinq və Kommunikasiya sahəsi üzrə iş axtaran insanlara sahə ilə bağlı bilgilər vermək, peşəkar CV yazılmasının yollarını izah etmək və onları yeni müsahibələrə hazırlamaq məqsədi daşıyırdı.

“Yello Advertising – İşimiz Marketinq və Fərq Yaratmaqdır. Bizimlə baxış bucağınızı dəyişəcəyinizə inanırıq.”
Azər Nəcəfov, Baş Direktor
Şirkətin Baş Direktoru Azər Nəcəfov açılış nitqi ilə iştirakçıları salamladı və Yello Advertising haqqında ümumi məlumat verdi.

“Doğru planlaşdırma və iş bölgüsü olmadan heç bir struktur uğurlu fəaliyyət göstərə bilməz.”
Namiq Bayramov, Direktor müavini/həmtəsisçi
Daha sonra, şirkətin həmtəsisçisi Namiq Bayramov reklam agentliyində işlərin necə görülməsi, agentlikdə mövcud olan peşələr və marketinq kommunikasiya sahəsi üzrə potensial sektorlar barədə məlumat verdi.

“İnsanlar ən az həyatlarının 40%-ni işdə keçirirlər. Hansı peşəya sahib olmasına baxmayaraq, ən vacibi sevdiyin işi görməkdir..”
Nərgiz Məmmədova, Biznesin İnkişafı və İnsan Resursları üzrə məsləhətçi
Tədbirin təlimçisi, Yello Advertising şirkətinin Biznesin İnkişafı və İnsan Resursları üzrə məsləhətçisi Nərgiz Məmmədova isə işəgötürmə prosesində iş axtaran və işə götürən tərəflərin məsuliyyətlərindən, CV hazırlanması zamanı buraxılan nöqsanlardan və onların necə aradan qaldırılması ilə bağlı sirrlərdən, iş axtaran namizədin müsahibə zamanı özünü hərtərəfli göstərə bilməsinin yollarından danışdı. O, həmçinin rekam və marketinq sahəsində İnsan Resursları ilə bağlı dəyərli fikirlərini, təcrübələrini paylaşdı.







