MAC Cosmetics 2014-cü ilin Sentyabr ayında “Simpsons” cizgifilminin 25 illiyinə həsr olunmuş məhdud sayda kosmetik vasitələrini təqdim edəcəyi barədə məlumat yaydı.



“Simpsons” özünün il dönümünü MAC kosmetikası vasitəsilə qeyd edəcək. MAC üçün Muse əsas qəhrəman olan Homerin mavi saçlı həyat yoldaşı Marge Simpson oldu. Hələlik məhdud sayda olan kosmetika vasitələrində hansı məhsulların yer alacağı məlum deyil.



Ancaq deyə bilərik ki, yeni məhsullar əlvan şəkildə olacaq. Təqdimatçı fanların layihə haqqında olan yenilikləri izləyə bilməsi üçün Twitterdə bu haqda elan verdi və #MACandMARGE hashtagını daxil etdi.