Coca-Cola şirkəti Kolumbiyada yerləşən dünyadakı ən yağışlı şəhər olan Loroya kömək etmək üçün “Rain for Sell” adlı yeni layihəsini başlatdı. Bu layihə içməli su çatışmazlığı problemini həll etmək üçün həyata keçirilir.
Ogilvy Colombia təşkilatının köməyi ilə Coca-Cola, yerli sakinlərdən satmaq üçün yağış toplamaqlarını istədi. Sakinlərdən yağış sularını şüşə qablara yığmaq və yağış sularının yığılmış olduğu qabları rəngləmək xahiş olundu.
Daha sonra bu qablar zəngin və nüfuzlu insanların iştirak etdiyi hərracda satışa çıxarıldı. Bu hərrrac online şəkildə Fundacion Natura Colombia təşkilatının rəsmi internet saytında keçirildi. Hərracdan əldə olunan gəlir su təmizləyici zavodun tikintisinə sərf olundu. Nəticədə 10000-dən çox insan ilk dəfə olaraq təmiz su əldə etdilər.