Audi şirkəti AlmapBBDO təşkilatı ilə birlikdə Braziliyada yeni “2014 Audi Q3” üçün orijinal reklam kampaniyası təqdim etdi. Adətən sahibkarlar köhnə maşını satdıqları zaman uzun və bəzən yorucu qiymətləndirmə mərhələsindən keçirlər.



Audi satış mərhələsini asanlaşdırmağın yolunu tapdı. Belə ki, Audi əməkdaşı tablet vasitəsi ilə avtoparkda dayanan avtomobilə daha sonra kod ilə yarlıqlar çap etdirmək və avtomobilin arxa pəncərəsində yerləşdirmək mümkün olan məlumatlar hazırlayır.



Avtomobilin sahibi avtoparkdan çıxdığı zaman kodu çap etdirərək, onu yeni “Q3”ə dəyişmək üçün avtomobilinin qiymətləndirmə dəyəri və nə qədər ödəniş etmək lazım olduğu haqqında məlumat alır.