Rusiyanın Y&R Moscow  təşkilatı “Həyatı dəyişən filmlər” adlı bənzərsiz layihəsi üzrə "Cannes Lions" festivalının gümüş mükafatını əldə etdi. Y&R Moscow yaradıcı komandası tərəfindən hazırlanan layihə “Bir həyatı dəyiş” xeyriyyə fondu üçün nəzərdə tutulmuşdur.


 


Layihə Promo & Activation Lions kateqoriyası üzrə mükafat qazandı. Sözügedən layihə çərçivəsində reklam və kino sahəsində məşhur Tigran Bezhanov, Kirill Novikov, Vladilen Razgulin, Vyacheslav Bubnov kimi rejissorlar öz valideynlərini gözləyən kimsəsiz uşaqlar haqqında qısa film çəkdi.