"Rexona" (Unilever) brendi və "Grape" təşkilatı qoyulmuş məqsədlərə çatmaq imkanı yaradan DO: MORE mobil tətbiqi hazırladı. Planlaşdırıcı sosial şəbəkə və stimullaşdırıcı oyunları özündə birləşdirir.
Tətbiqin köməyi ilə işləri idarə etmək, dostlarının maraqlı planlarından xəbərdar olmaq, rəqabət aparmaq və yeni fikirlər tapmaq olar. DO: MORE öz tapşırıqlarını həll etmək üçün lazımlı siyahı yaratmağa və saxlamağa imkan yaradır.
