Fendi qulaqlıq kolleksiyası təqdim etmək üçün “Dr Beats Dre” brendi ilə birləşdi. Kolleksiyanın təqdimat mərasimi İyun ayının 23-də Milanda keçirilən brendin 2015 yaz-yay kişi geyim kolleksiyasının nümayişi zamanı keçirilib.
Qulaqlıqlar çantaların hazırlanmasında istifadə olunan “Fendi Selleria”nın xüsusi dəri örtüyü ilə hazırlanmışdır. Kolleksiya “Fendi Roma” loqosunu daşıyır və müxtəlif rənglərə sahibdir. Onlar kişilər və qadınlar üçün dəbli aksesuar kimi mövqeləndirilmişdir. Qulaqlıqlar bu ilin sonuna qədər satışa təqdim olunacaqdır.



