"Samsung" fiziki cəhətdən qüsurlu olan və “Dream and Hope to Youth” (Uşaqların arzusu və xəyalları) layihəsi sayəsində həyatlarının əhəmiyyətli dərəcədə yaxşılaşmasından bəhs edən iki çinli uşaq haqqında film təqdim etdi.



Filmin qəhrəmanlarından biri əlləri ilə hərəkət etməyə məcbur olan, 6 yaşından bəri poliartritdən əziyyət çəkən 12 yaşlı Yan Yuhongdur. Digər uşağın adı isə Liu Qingnandır. Balaca qız anadangəlmə eşitmə qüsurludur.



“Samsung China” uşaqlara həyatı asanlaşdırmağa və gündəlik çətinliklərin öhdəsindən gəlməyə kömək edərək oğlana şirkət tərəfindən avtomatlaşdırılmış əlil arabası qıza isə əməliyyat üçün pul ayrıldı. Şirkətin bloqunda “Çində ən məşhur brendlərdən olan Samsung, real insanların real hekayəsindən danışır. Belə şöhrətli reklam yaradaraq Samsung daha da məşhurlaşır” sözləri yazılıb.