“Cadillac CTS”nin yenilənmiş modelinə aid reklam çarxı təqdim olundu. Təqdim olunan model yenilənmiş loqo və yeni dizayn ilə seçilir. Təqdimatçı avtomobilin daha rahat, yüngül, yığcam və daha çox nəzarət oluna bilən olduğunu vurğulayır.



Yeni model daha gənc istifadəçilər üçün vəhdət təşkil edir. Reklam çarxı həmçinin “OnStar” tətbiqinin imkanlarını nümayiş etdirir. “OnStar” tətbiqi SMS oxumaq, yüksək sürət həddininə və musiqinin səs səviyyəsinə nəzarət etmək imkanlarına sahibdir.