"Nescafe" şirkəti Fransada çox maraqlı və qeyri-adi reklam layihəsi təqdim etdi. Səhərlər qəzet ilə baş-başa işə gedişlərin əslində maraqlı dialoqların başlanğıcı üçün bir vasitə ola biləcəyini düşünən Nescafe, məhəbbəti artırmaq üçün qəhvənin gücündən istifadə etdi. İçərisinə qəzetlərin yerləşdirildiyi elanlar səhər hərəkət edən insanlara paylanılır.



Həmin elanların içərisində isə iki ədəd "Nescafe" fincanı yerləşdirilib. Qəzetlərin içərisinə yerləşdirildiyi bir zərf şəklində hazırlanan bu elanlardan çıxan və istiliklə birlikdə hər an əriyəcək qədər zərif görünən fincanlar qəhvə keyfinə nə dərəcədə xidmət edə biləcəyi sual altında olsa da layihənin "Nescafe"nin xatırlanmaq nisbətini yüksəldəcəyi qətidir.