Futbol üzrə dünya çempionatının rəsmi sponsoru olan “McDonalds” öz fanlarına animasiya şəklində çempionatın ötürülmüş və ən yaxşı anlarına yenidən baxmaq imkanı yaradır. Reklam çarxları ilin ən böyük futbol hadisəsinə həsr olunaraq “McDonalds GOL” layihəsi çərçivəsində hazırlanmışdır.
Sözügedən reklam çarxında “McDonalds”ın önəmli məhsullarından biri olan qızardılmış kartof Braziliyada keçirilən çempionat zamanı əsl oyunçu kimi futbol sahəsində iştirak edir. “McDonalds” həmçinin istifadəçilərə hal-hazırda Braziliyada keçirilən dünya çempionatının final oyununa bilet qazanmaq şansını da təklif edir.