JİS Nar Air-Nar Mobile şirkətinin Azərbaycan Hava Yollar şirkətinin təyyarələrində zəng etmək, SMS göndərmək və internetdən istifadə etmək imkanı yaradan bir lahiyəsi üçün reklam kampaniyasını hazırlamışdır.
Şirkətimiz şəhər reklamı yaratmışdır. Tərəfimizdən yaradılmış konsepsiya təyyarə ilə yerdə baş verənlərin arasında olan sərhədləri aradan götürmək məqsədi ilə yaradılmışdır: təyyarədə olan işgüzar şəxslər işlərini davam edərək e-maillərini yoxlayıb, gənclər sevdiyi idman növündən zövq alıb, gənc xanım anasından ev işləri barədə məsləhət ala bilər.

