"Pepsi" şirkəti və müğənni Kelly Rowland fanlara “The Game” musiqisinə çəkiləcək klipdə rol almaq şansı təklif edir. Müsabiqədə bütün dünyadan olan insanlar iştirak edə bilər.



Bunun üçün onlar İyul ayının 15-dək bu mahnının sədaları altında rəqs etdikləri və onu harada istifadə etdikləri haqqında olan HD formatında videoçarx yükləməlidirlər. Qalib şəxs klipdə çəkiləcək. Bundan əlavə daha öncə 40 Acres And A Mule Filmworks və rejissor Spike Lee bu musiqiyə film çəkmişdir.