Veuve Clicquot və 5.5 dizayn studiyası “The Mail Collection” adlı aksesuar kolleksiyasını təqdim etdi. Aksesuar kolleksiyası “Clicquot-Express”, “Clicquot-zərf” və “Clicquot-çanta” funksiyasını özündə birləşdirir.
Birinci funksiya şampan şüşəsinin daşınmasını digər iki funksiya isə onun qablaşdırılmasını bağlama şəklində göstərməkdən ibarətdir.
“Clicquot-çanta”sı şampan şüşəsini təxminən bir saat soyuq halda saxlamağı bacarır. “Clicquot-Express” isə şampanı poçt vasitəsilə göndərməyə imkan yaradır. “Clicquot-zərf” də öz növbəsində çatdırılma funksiyasını daşıyır.



