“Nescafe Dolce Gusto” Böyük Britaniya və İrlandiyada Facebook sosial şəbəkəsi üzərindən reklam kampaniyası keçirir. İstifadəçilər “Pod hub”a daxil olaraq brenddən virtual və real hədiyyələr əldə edə bilər.



Bunun üçün onlar “Nescafe Dolce Gusto” qəhvə maşını ilə fotoşəkil çəkdirməli, qəhvə ilə bağlı suallara cavab verməli, dostlarını dəvət etməli və bu kimi müxtəlif məsələlər həll etməlidir. Onlar hər bir fəaliyyət üçün üzərinə bonus kartları yapıştırılmış bir virtual möhür qazanacaqlar.