“Dove Invisible Dry”Kinetic Active təşkilatı Britaniyanın alış-veriş mərkəzlərində maraqlı və qeyri-adi reklam kampaniyası təqdim etdi. AVM afişalarında qonağın ona yaxınlaşdığı zaman onun geyiminin rənginə reaksiya verən model qızlar təsvir olunub.



Belə ki, afişda təsvir olunan modelin geyiminin rəngi ona yaxınlaşan xanımın paltarı rənginə çevrilir. İnteraktif ekran "Grand Visual" şirkəti tərəfindən rəng tanıma texnologiyası ilə hazırlanmışdır. Onlar ölkənin bir neçə AVM mərkəzlərində quraşdırılmışdır. Afişlar “Dove Invisible Dry” məhsulunu reklam edir.