Məğlubiyyət həmişəlik deyil və gələcək qalibiyyət üçün bu gün çalışmaq lazımdır. Braziliya futbol üzrə keçirilən dünya çempiontında məğlub olduqdan sonra Nike Brazil “Tomorrow Starts Now” (sabah indi başlayır) adlı motivasiya verən reklam çarxı təqdim etdi.
Yeni reklam çarxı Wieden + Kennedy təşkilatı tərəfindən hazırlanmışdır. Sözü gedən reklam çarxında basketbol oyunçuları Anderson Varejao və Leandrino, Londonda keçirilən Olimpiya oyunlarında bürünc medal sahibi Yane Marques və voleybolçular Maria Clara və Carol Salgado yer alıb. Reklam çarxının ismarıcı çox sadədir: “İndi məğlubiyyət üçün ağlamaq lazım deyil əksinə 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına hazırlaşmaq lazımdır”.