Louis Vuitton məşhur ustaların fotoşəkillərindən ibarət olan “Louis Vuitton Fashion Photography” adlı böyük kitab təqdim etməyə hazırlaşır. Kitab “Rizzoli New York” nəşriyyatında çap olunacaq.
Xüsusi olaraq brend üçün Patrick Demarchelier, Annie Leibovitz, Juergen Teller, Peter Lindbergh, Inez van Lamsverde və Vinud Matadin kimi fotoqraflar tərəfindən hazırlanmış 200 fotoşəkildən ibarət olacaqdır.
Fotoşəkillərdə “Louis Vuitton” məhsulları nümayiş olunacaqdır. Kitab 1977-ci ildən etibarən brendin materialları, reklam kampaniyaları və tarixi səyahət adlı üç hissəyə ayrılacaq. Kitabın örtük hissəsində Demarchelier, Bert Stern və ya Makdina fotoqraflarından birinin fotoşəkili dərc olunacaq. Məhdud sayda olan kitab Oktyabr ayının 1-dən etibarən bütün dünya üzrə brendin mağazalarında və louisvuitton.com rəsmi internet saytında online olaraq satışa təqdim olunacaqdır. Onun qiyməti isə 100 Avro dəyərindədir.