Almaniyanın kağız istehsalçısı olan Fedrigoni “Leica X2” ilə birlikdə kağız dəridən hazırlanan məhdud sayda fotoaparatlar təqdim etdi. “Leica”da olan ənənəvi dərini parıltılı “Constellation Jade” kağızı əvəz etdi.
“The Paper Skin” layihəsi “Cannes Lions” festivalında bürünc medal sahibidir. O, ən ciddi keyfiyyət tələblərinə cavab verməyə qadirdir.
Leica Camera AG təqdimatçısı Bjorn Dittsler qeyd etdi ki, örtük onların nəinki estetik ehtiyaclarını təmin edir həmçinin şirkətin keyfiyyət öhdəliyini də əks etdirir. Hər bir kamera xüsusi kitab şəklində olan orijinal qablaşdırmaya sahibdir.


