Ərazi avtomobilləri istehsalçısı "Land Rover" avtomobillərinin Cənubi Afrikanın çox yüksək temperaturuna qarşı dayanıqlılığını istehlakçılara izah etmək üçün maraqlı bir marketinq kampaniyası təqdim etdi. Brendin kampaniya üçün istehsal olunan xüsusi papağı eyni zamanda bir su filtri olaraq da istifadə olunur.
40°C-dən yüksək temperaturda susuz qalmağın həyati risk təşkil etdiyinə diqqət çəkilən kampaniyada, istehlakçılara "Land Rover"lərin bu istilərə tab gətirmə mövzusunda heç zorlanmadığı vurğulanır. Papaq istifadəçilərə təbiətdə tapdıqları su qaynaqlarını içməli su olaraq da istifadə etmək imkanı təmin edir.
.jpg)



