Toyota və Saatchi & Saatchi North America bütün dünya uşaqlarını dəvət etməklə “Dream Car of the Day” layihəsini təqdim etdi. Müsabiqədə iştirak etmək üçün 75 ölkədən 4 yaşdan 15 yaşa qədər olan uşaqlar tərəfindən çəkilmiş 660 000-dən çox rəsm göndərildi.
Rəsmlərin mövzusu isə “onların arzuladığı avtomobil modeli” idi. Məlum oldu ki, bir çox uşaq onu normal avtomobil kimi deyil bir çox ictimai və ekoloji problemlərin həlli kimi ifadə etmişdir.
Toyota göndərilmiş rəsmlərin içərisindən ən yaxşı 90 rəsmi seçib 90 video çarx hazırlayaraq Vine platformasında canlandırdı. İlin sonunda Toyota 30 finalçını seçərək mükafat mərasimi üçün Yaponiyaya göndərəcək.

