Saniyələr içərisində itən mesajlar xüsusiyyətiylə brendləri də cəzb edən "Snapchat" bu dəfə Mercedes-Benzin yeni kampaniyasının macərası oldu. Mercedes-Benz, SLS AMG avtomobilinin təqdimatı üçün "Snapchat"a özəl bir reklam kampaniyası təqdim etdi.



Bildiyimiz kimi "Snapchat”ın videoları dayandırmaq, yaddaşda saxlamaq mümkün olmayan və bitdikdən sonra gözdən itən xüsusiyyəti vardır. Mercedes-Benz "Snapchat”ın bu özəlliyindən istifadə etdi.



Şirkət "Snapchat”ın bu özəlliyini “SLS AMG” avtomobilinin 0-dan 100 km-ə 3,7 saniyədə çatabilmə xüsusiyyətiylə birləşdirdi və buna aid xüsusi bir reklam çarxı hazırladı. Video çarxda sürət indikatorunun 3,7 saniyə ərzində 100 km-ə doğru çıxışını izləyərkən geri qalan saniyələrdə isə məhsul mesajı iştirak edir və reklam çarxı markanın loqosu ilə yekunlaşır. "Mercedes-Benz"in "Gözdən itmə" adını daşıdığı bu iş isə "Proximity İstanbul" tərəfindən reallaşdırılmışdır. Kampaniyanın videosunu isə keçid vasitəsilə izləyə bilərsiniz.