Nissan şirkəti yeni reklam kampaniyası təqdim etdi. layihənin xüsusi olaraq Amerika bazarı üçün hazırlanmış reklam çarxı “Tough Love” adlanır. Reklam çarxının ulduzu “Poison” qrupunun solisti Bret Michaels oldu.



Müğənni sözügedən reklam çarxında Diana Ross və Lionel Richie musiqiçilərinin “Endless Love” adlı hitini səsləndirib. Müğənni Nissan avtomobillərinə olan sevgi və onların avtomobilinin bazara təqdim olunmazdan öncə 6600 sınaqdan keçdiyi haqqında mahnı ifa edir.