BMW “M235i” modelin, professional sürücülərin və Hollivud rejissoru Mick Rogersin iştirakı ilə avtomobil flashmobu təqdim edib. Capetown sakinləri 90 saniyə ərzində möhtəşəm flashmob müşahidə ediblər.
“Driftmob” adlı reklam çarxı üç gün ərzində “YouTube”da 2,5 milyon dəfə izlənilib. Reklam çarxının yaradıcıları əminliklə qeyd edib ki, çəkilişlər tamamilə təhlükəsiz olub və flashmobun keçirildiyi həmin ərazi digər nəqliyyat vasitələri üçün əvvəlcədən bağlanıb.