Futbol ulduzu Lionel Messi “adidas”ın xüsusi olaraq onun üçün hazırlanmış “adizero f50 messi” adlı reklam layihəsində iştirak edib. Layihə məşhur ulduzun Braziliyadan Barselonaya dönüşünün şərəfinə olaraq keçirilib.
Reklam çarxından da göründüyü kimi Messinin Barselonada bir ildırım kimi hərəkətinin illüziyasını yaratmaq üçün avtomobillərə, velosipedlərə və insan cisimlərinə müxtəlif gücə malik işıqlar əks etdirilir.
Futbolçu topu və futbol geyimini dəyişərək barselona küçələri boyunca sürətlə qaçır. Reklam çarxının sonunda isə izləyicilərə "f50"nin bir ayaqqabıdan daha artıq olduğu (mes que un botin) bildirilir. Layihə Iris Worldwide, dizayn isə The Mill tərəfindən hazırlanmışdır.