Hollivudun məşhur ulduzu Qvinet Peltrou və “Hugo Boss” modalar evinin idarə heyəti öz əməkdaşlıqlarını davam etdirir. Brendin siması olan aktrisa Qvinet Peltrou, yeni “Ma Vie Pour Femme” ətrinin reklamında iştirak etdi.
Ağ-qara metrajlı reklam çarxı 20 saniyədən ibarətdir. Aktrisa bildirib ki, “Ma Vie Pour Femme” ətri güclü və müstəqil qadınlar üçündür. Yeni ətir Boss Nuit 2012, Boss Jour 2013 və Boss Nuit Intense 2014 silsiləsinə aiddir.