Özünün 150 illiyini iki il bundan öncə qeyd edən “Bacardi” şirkəti, bir müddət əvvəl brendin yaranma tarixi haqqında qrafik roman təqdim etdi. Bu layihədə öz sahəsində məşhur olan iki insan təsvir olundu.
Bunlardan biri yazıçı Warren Ellis digəri isə rəssam Michael Allreddir. Reklam yaradıcıları şəkilləri yaratmaq üçün lazım olan mürəkkəbə bir neçə damcı BACARDİ Gold əlavə etdilər.
“The Spirit of BACARDİ” adlı kitabda təsisçi Don Facundo Bacardi Massonun oğlu Emilio Bacardi tarixindən bəhs edilir. Kitabda həmçinin brendin formalaşması mərhələləri əks olunub. Kitabı rəsmi internet saytından online oxumaq və ya yükləmək mümkündür.