"Hermes" modalar evi Android və iOS üçün yeni bir tətbiq təqdim etdi. İngilis və fransız dillərində təqdim olunan Tie Break (qalstuk fasiləsi) tətbiqi 2014 payız-qış kişi geyim kolleksiyası üçün nəzərdə tutulmuşdur.
Reklam çarxında hər bir şey oyun şəklində təqdim olunub. İstifadəçilər tətbiqin köməyi ilə kolleksiyadan olan qalstukları virtual olaraq istifadə edə bilər. Tətbiq üçün musiqini Cedric Marszewski aka Pilooski hazırlamışdır.
Brend rəsmi internet saytında tətbiqin imkanlarını və onun istifadə qaydalarını əks etdirir. Qeyd edək ki, yaz-yay üçün olan qalstuk kolleksiyasında tətbiqi smartfona yükləmək üçün QR kod belə var. Brend həmçinin bir müddət əvvəl qadınların “Hermes”dən olan şarflarını və şallarını yaradıcı şəkildə istifadə edə bilmələri üçün Silk Knots adlı tətbiqini istifadəçilərinə təqdim etmişdi.