Bir çoxları hələ də Braziliyada keçirilən futbol üzrə dünya çempionatının təsirindən çıxa bilməyiblər və öz sevimli futbol komadalarından nə gözlədiklərini bilmirlər. "Grey London" tərəfindən hazırlanan yumoristik reklam çarxında “Love Hurts” hitini səsləndirən, əzab çəkən və ağlayan insanlar təsvir olunub.



Reklam çarxının sonunda The Sun “Bütün mövsüm biz Sizinlə olacağıq” vədini verir və fanlara xatırladır ki, qəzet bütün idman xəbərlərini əks etdirir. Xatırladaq ki, “The Sun” və təşkilat bu ilin əvvəlində Braziliyada dünya çempionatına həsr olunmuş reklam çarxının hazırlanması ərəfəsində də əməkdaşlıq etmişdi.