“McDonalds” irimiqyaslı layihə ilə Britaniya bazarında özünün 40 illik yubileyini qeyd edir. Bu layihə “Leo Burnett” və interaktiv online platforması olan “Razorfish”dən olan reklam silsilələrini özündə birləşdirir.
Reklam çarxlarında insanların həyatının müxtəlif nostalji anları əks olunub. Sözügedən reklam çarxının sonunda isə 40tgether.com saytına keçərək mühüm hadisələri bölüşmək təklif olunub.
İstifadəçilər saytda Google API texnologiyasından istifadə edərək sevimli “fast food” ilə bağlı xatirələrini bölüşə bilər. Söz ekranda illüstrasiyalı və animasiya şəklində görünür. əlavə olunmuş bu xatirələrdən bəziləri şirkətin açıq və online reklamında istifadə olunacaq.

