“Intel” şirkətinin hazırladığı Studybook planşetləri şagirdlərin dərs zamanı istifadəsi üçün nəzərdə tutulub.
7 düyüm diaqonallı, rəngli LCD ekranla təchiz olunmuş planşet 525 qramdır. Atom Z650prosessorunun bazasında işləyən qurğu 0,5 QHs tezliyə və 1 Qb operativ yaddaşa malikdir.
Studybook USB və HDMI portları, qulaqcıq qurğusu, mikrofon, həmçinin arxa və ön kameralarla təchiz olunub. Qurğunun batareya ilə işləmə müddəti 5,5 saat təşkil edir.
lenta.ru saytının məlumatına görə, məktəbli planşetinin korpusu rezin çərçivədən düzəldilmiş plastikdən hazırlanıb. Qurğu 70 santimetr hündürlükdən düşməyə davamlıdır. Eyni zamanda özünü toz və ya qumdan “qorumaq” qabiliyyətinə malikdir.