Microsoft korporasiyası AOL internet-şirkətindən aldığı patentlərin bir hissəsini Facebook sosial şəbəkəsinə satacaq. Bu barədə şirkətlərin 23 aprel tarixli birgə bəyanatında deyilir.
Facebook şəbəkəsi AOL-un Microsoft-a verəcəyi 925 patentdən və patent ərizəsindən təxminən 650 ədədini əldə edərək bunun üçün 550 milyon dollar ödəyəcək. Həmçinin sosial şəbəkə Microsoft-da qalan 275 patent və ərizədən lisenziya şərtləri əsasında yararlana biləcək, Lenta yazır.
Sövdələşmə başa çatdıqdan sonra Facebook-un əldə etdiyi patentlərin sayı təxminən 1460 patent və ərizə təşkil edəcək. Bunun 60 ədədi sosial şəbəkənin şəxsi patentləri, daha 750 ədədi IBM şirkətindən alınanlardır.
Microsoft-un baş hüquqşünası Bred Smit bildirib ki, sosial şəbəkəyə patentlərin satılması təmsil etdiyi şirkətə AOL ilə sazişə xərclənəcək vəsaitlərin bir qismini ödəməyə imkan verəcək.
AOL və Microsoft arasında sazişin bağlanacağı barədə aprelin birinci yarısında məlum olub. Sazişin şərtlərinə əsasən, AOL Microsoft-a 950 patent və ərizəsini 1,056 milyard dollara satır.